Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

Xəbərlər

20.06.2024 - 00:37

cedabet dərman SEO Xidməti

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.

AYNA-nın xəbərinə görə, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.

Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş