Mariana Kuyundiç Avropa İttifaqının Azərbaycandakı səfiri təyin edilib
Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunmuş bəyanatında deyilir.
Məlumatda bildirilir ki, Mariana Kuyundiç Aİ-nin Azərbaycandakı səfiri təyin edilib.
Kuyundiç hazırda Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) nümayəndəsi vəzifəsində çalışır. Əvvəllər o digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr üzrə Məsləhətçilər İşçi Qrupunun (RELEX) məsləhətçisi vəzifəsini tutub.