Avropa İttifaqı yeni sanksiyalar konsepsiyasını araşdırır

Dünya

23.07.2024 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

Aİ hibrid təhdidlərə qarşı sanksiyalar qəbul etmək istəyir

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukrayna böhranının tərkib hissəsi kimi “hibrid təhdidlər” mənbələrinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə başlayıblar. AYNA TASS-a istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Brüssel görüşündən sonra ittifaqın Kiyevə dəstək üçün birlik istəyini dəstəkləyərək, yeni sanksiyalar konsepsiyasının öyrənilməsindən danışıb.

“Biz hibrid təhdidlərə görə məsuliyyət daşıyanlara, miqrantları istismar edənlərə və ya təxribat törədənlərə, kiberhücumlar həyata keçirənlərə, Rusiyanın xeyrinə yalan məlumat yayanlara qarşı tədbir görəcəyik”, - İspaniya diplomatiyasının rəhbəri bildirib.

Albaresin sözlərinə görə, İspaniya G7 tərəfdaşları ilə birlikdə Ukraynanın enerji infrastrukturunun qorunması və bərpası üçün yardımı əlaqələndirməyə çalışacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş