Avropa İttifaqı Ukraynaya sülhməramlılar göndərilməsini müzakirə edəcək

Dünya

28.08.2025 - 21:18

Neytral ölkədən Ukraynaya sülhməramlıların göndərilməsi məsələsi müzakirəyə çıxarılacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər və müdafiə nazirləri Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşdə Aİ və ya NATO-nun üzvü olmayan neytral ölkədən Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Danışıqlarda Moskva və Kiyev arasında təkrar münaqişənin qarşısını almaq üçün nəzərdə tutulmuş müharibədən sonrakı təminat konturları üzrə danışıqlar üstünlük təşkil edəcək. Gözlənilir ki, bu gizli danışıqlar zamanı hansı neytral üçüncü ölkənin sülhməramlı qüvvələrin gələcək demilitarizasiya zonasında patrul xidməti təmin edə biləcəyi məsələsi müzakirə olunacaq", - avropalı diplomat nəşrə deyib.

Eyni zamanda, avqustun 29-30-da keçiriləcək görüş qeyri-rəsmi xarakter daşıdığından nazirlərin heç bir əməli qərar qəbul etməyəcəkləri qeyd edilib. Nazirlərin görüşünə Avropa Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister də dəvət olunub. O, münaqişənin həlli üçün diplomatik səylərə baxmayaraq, nazirləri yalnız Rusiyaya təzyiqləri artırmaq üçün çağırmaq niyyətindədir.

Bundan əvvəl məlum olub ki, Qərb ölkələri Ukraynada təhlükəsizliyi təmin etmək üçün “istəklilər koalisiyası”nın tərkibində briqadaların göndərilməsi imkanını müzakirə edir. Söhbət təxminən 4-5 Avropa briqadasının göndərilməsindən gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş