Avropa İttifaqı Ukraynaya hərbi yardımın artırılmasını müzakirə edəcək

Dünya

25.08.2025 - 13:05

“Nazirlər Kiyevə hərbi dəstəyin artırılması və onun hərbi sənayesinə necə dəstək veriləcəyini müzakirə edəcəklər"

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri Ukraynaya hərbi yardımın artırılmasını müzakirə edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” avropalı diplomata istinadən məlumat yayıb.

"Müdafiə nazirləri cümə axşamı nahar üçün görüşəcək və cümə günü Kiyevə hərbi dəstəyin artırılması və onun hərbi sənayesinə necə dəstək veriləcəyini müzakirə edəcəklər", - məlumatda deyilir.

Nəşrin mənbəsinin məlumatına görə, bu görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas iştirak edəcək.

Görüşdə rəsmi açıqlama verilməsə də, Kiyev üçün təhlükəsizlik təminatı məsələsinin də müzakirə olunacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş