Avropa İttifaqı Ukrayna ilə bağlı antiböhran ssenariləri hazırlayır

Dünya

20.10.2025 - 19:08

“Avropa hökumətlərinin bu planların hazırlanmasına yanaşması nikbin deyil, praqmatikdir”

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında cümə günü keçirilən danışıqlardan sonra Avropa İttifaqı (Aİ) Ukrayna hakimiyyəti üçün fövqəladə vəziyyət planları hazırlamağa başlayıb. AynA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

"Mənbələrdən birinə görə, yüksək səviyyəli avropalı məmurlar yaxın günlərdə Ukrayna ilə bağlı fövqəladə vəziyyət planları üzərində iş vaxtından artıq işləyəcəklər", - nəşr yazıb.

FT-nin mənbəsi Avropa hökumətlərinin bu planların hazırlanmasına yanaşmasını “nikbin deyil, praqmatik” kimi xarakterizə edib.

Başqa bir mənbə bildirib ki, onlar artıq “Trampın Ukraynanın xeyrinə strateji dəyişiklikləri” real hesab etmirlər.

Eyni zamanda, qəzet qeyd edir ki, hazırkı vəziyyətdə “Aİ ölkələrinə aydın olub ki, Ukraynaya silah və pulla kifayət qədər dəstək verməyənlər bunu təcili olaraq dəyişdirməlidirlər”.

Əvvəl FT mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Zelenski ilə görüşdə onu Rusiya ilə münaqişəyə son qoymaq üçün güzəştə getməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş