Avropa İttifaqı Şurası SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Dünya

19.02.2026 - 22:19

Avropa İttifaqı (Aİ) Şurası İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdığını açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Aİ Şurası bəyanatda bildirib ki, Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Bəyanatda vurğulanıb ki, bu qərar 29 yanvarda Xarici İşlər Şurasının iclasında əldə edilən siyasi razılaşmadan sonra qəbul edilib və bu iclasda İrana qarşı yeni sanksiyalar mərhələsi də təsdiqlənib.

Beləliklə, Aİ Şurası bu qərarın rəsmi olaraq ABŞ-ın İranla yeni hərbi münaqişəyə mümkün hazırlıqları ilə əlaqəli olmadığını açıq şəkildə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş