Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

Dünya

15.12.2025 - 15:39

Daha 40 gəmi sanksiyalar siyahısına əlavə ediləcək

Avropa İttifaqı (Aİ) xarici işlər üzrə Ali Komissarı Kaya Kallas bazar ertəsi günü Rusiyaya qarşı sanksiyalar siyahısına daha 40 gəmi əlavə etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Bu gün biz "kölgə donanması"ndan olan gəmilərlə bağlı qərar qəbul edəcəyik. Bu, 40 gəmiyə, eləcə də sanksiyalardan yayınmağa kömək edən şəxslərə aiddir", - deyə o xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının iclasından əvvəl bildirib.

Kallas qeyd edib ki, nazirlər Kiyevin maliyyələşdirilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər. O bu cür məsələlərin həllinin ən yaxşı yolunun bloklanmış Rusiya vəsaitləri hesabına verilməsi planlaşdırılan "təzminat krediti" olduğunu bildirib.

Eyni zamanda, Komissar kreditlə bağlı hələlik konsensus olmadığını etiraf edib. O Rusiyanın hərəkətsiz aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçikanın razılığı olmadan həll yoluna çatmağın çətin olacağını izah deyib. Kallas vurğulayıb ki, bu həftə sözügedən məsələ üçün çox vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş