Sanksiyalar paketinin elan olunması müddətsiz olaraq təxirə salınıb
Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə sanksiyalar paketini planlaşdırıldığı kimi, sentyabrın 17-də elan etməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri adının açıqlanmasını istəməyən avropalı diplomata istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sanksiyalar paketinin elan olunması müddətsiz olaraq təxirə salınıb.
Nəşr yazıb ki, Aİ Rusiyaya sanksiyalar üzərində fokuslanmaq əvəzinə, Slovakiya və Macarıstana təzyiq göstərərək onların Rusiya neftindən asılılığını azaltmağa çalışır.