"Avropa bürokratiyasının nümayiş etdirdiyi mövqe ikili standartlardır"

Dünya

10.02.2026 - 15:08

İrakli Kobaxidze: "Ümid edirəm ki, avropalılar Rusiya ilə dialoqu bərpa etdikdən sonra Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcəklər"

“Avropa bürokratiyasının nümayiş etdirdiyi mövqe ikili standartlardır”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Bildirib ki, onlar Rusiya ilə birbaşa dialoqun zəruriliyi barədə açıq şəkildə danışmağa başlayıblar: “Halbuki onlar hələ də "Gürcüstan Rusiyayönlüdür və ya Rusiya hökuməti ilədir" bəhanəsi ilə Gürcüstanla birbaşa dialoqu bərpa etməyiblər”.

Baş nazir ümid etdiyini bildirib ki, avropalılar Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş