Atlantik okeanında batan gəminin 8 ekipajının cəsədi aşkarlanıb

Dünya

24.07.2024 - 12:25

Həkimlər Klinikalar SEO Xidməti

Folklendlər yaxınlığında rusları daşıyan gəminin batması zamanı səkkiz nəfər ölüb

Folklend adaları yaxınlığında səkkiz rusiyalının olduğu balıqçı qayığının batması nəticəsində 8 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Folklend adaları sahillərində balıqçı qayığının batması nəticəsində azı səkkiz nəfərin öldüyü, yeddi nəfərin isə itkin düşdüyü ehtimal edilir”, – nəşr bildirib.

Göyərtəsində 27 nəfərin olduğu "Arqos Georgia" gəmisi Folklend adaları sahillərindən 500 km aralıda batıb. Təhlükə siqnalı iyulun 22-i bazar ertəsi axşam saatlarında göndərilib. 14 ekipaj üzvü mövcud üç xilasedici qayıqdan ikisi ilə xilas ola bilib.

Eyni zamanda, bu ərazidə hava şəraiti son dərəcə çətin olub, dalğanın hündürlüyü 8 metrə çatıb.

İspaniyanın EFE agentliyinin məlumatına görə, 5 nəfər itkin düşüb. Təyyarədə ispanlardan başqa ruslar, indoneziyalılar, uruqvaylılar və perulular da olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş