ATƏT/DTİHB Gürcüstana müşahidəçi göndərməyəcək

Dünya

10.09.2025 - 16:19

“Şəffaf və etibarlı seçki müşahidəsi hərtərəfli hazırlıq tələb edir”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidə missiyası göndərməyəcək. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə ATƏT/DTİHB bəyanat yayıb.

Bildirilib ki, təsisat Gürcüstan hakimiyyətindən seçki gününə bir aydan az qalmış vaxtda müşahidəyə dəvət edilib.

“Bu, müşahidəni mümkünsüz edir. Belə ki, şəffaf və etibarlı seçki müşahidəsi hərtərəfli hazırlıq tələb edir”, - deyə qeyd olunub.

Xatırladaq ki, Gürcüstan hökuməti oktyabrın 4-də keçiriləcək seçkilərə ATƏT/DTİHB-ni sentyabrın 6-da dəvət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş