İran İsrailə raket atıb
İsraildə sirenlər işə düşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İrail ordusunun məlumatına görə, İrandan bu ölkəyə qarşı yeni ballistik raket hücumu qeydə alınıb və hazırda havadan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün fəaliyyət göstərir.
Əhaliyə sığınacaqlara getmək və növbəti xəbərdarlığa qədər oradan çıxmamaq barədə təlimat verilib.
Bildirilib ki, havadan müdafiə sistemləri bütün raketlərin qarşısını ala bilməyəcək, ona görə də əhali təhlükəsizlik təlimatlarına riayət etməlidir.
İsrail mənbələrinin məlumatına görə, İrandan bir raket atılıb, onun qarşısı alınıb.
Qeyd edək ki, bu gün İsrail Baş naziri İranla atəşkəs razılığı əldə edildiyini bildirmişdi.