Atəşkəs elan edildikdən sonra Qəzza zolağına atəş açılıb

Dünya

24.11.2023 - 14:32

cedabet dərman SEO Xidməti

Atəş nəticəsində 7 fələstinli yaralanıb

İsrail Müdafiə Qüvvələri atəşkəs elan edildikdən sonra Qəzza zolağına atəş açıb. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, atəş nəticəsində 7 fələstinli yaralanıb. Bunlar ərazinin şimalına qayıtmağa çalışan insanlar olub.

Qeyd edək ki, bu gün səhər saat 7-də İsrail və Fələstinin radikal HƏMAS qruplaşması arasında dörd günlük humanitar atəşkəs qüvvəyə minib. Ehtimal olunur ki, HƏMAS silahlıları tərəfindən əsir götürülmüş israillilərin birinci qrupunun azad edilməsi müqabilində yaxın vaxtlarda bir neçə fələstinli İsrail həbsxanalarından azad olunacaq.

Bu arada, İsrail dörd günlük humanitar atəşkəsin sona çatmasından dərhal sonra Qəzzada quru əməliyyatının davam edəcəyini bildirib. Ölkə anklavda hərbi problemləri həll etməyə davam edəcək və Fələstin hərəkatının potensialı məhv edilənə qədər dayanmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş