Ata həbsdəki oğluna əncir mürəbbəsinin içərisində narkotik keçirmək istədi

Xəbərlər

09.01.2024 - 16:42

Həbxsanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Qeyd olunub ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş