Astarada yanğın baş verib

Hadisə

30.01.2020 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Astara rayonunun Tüləküvan kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə və 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş