Astarada evdə yanğın olub

Hadisə

21.02.2025 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 2 uşaq yanaraq ölüb

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.

7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.
25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş