Astara xəstəxanasından açıqlama: <font color=red> “Proses qısa müddətlik oldu”</font>

Cəmiyyət

03.03.2020 - 18:04

Qalmaqallı video yayılan tibb müəssisinin şöbə müdiri: “İrandan gələnlərin uşaqlarla eyni otaqda yerləşdirilməsi faktı olub, amma...”

 

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görüldüyü deyilir. Müvafiq qurumlar görülən işlər barədə hesabat verir. Rəsmi məlumatlara görə, İrandan gələn bütün Azərbaycan vətəndaşları Astara və Cəlilabadın mərkəzi xəstəxanalarına yerləşdirilib, onlarda koronavirusun olub-olmadığı yoxlanılır.

 

Lakin deyilənlərə baxmayaraq, bəzən sosial şəbəkələrdə Səhiyyə Nazirliyi rəhbərliyinin görülən tədbirlər barədə açıqlamalarına şübhə yaradan videolar yayılır. Məsələn, 25 fevral 2020-ci ildə Vüqar İbayev ad-soyadlı “Facebook” istifadəçisi Astara Rayon Mərkəzi Xəstəxanasından (RMX) videogörüntü paylaşaraq, buranın tualetlərində adi sabun belə, olmadığını nümayiş etdirdi.

 

Vəziyyət eyni gündə yayılan ikinci video ilə daha da ağırlaşdı. Astara RMX-da karantində olan müstəqil jurnalist Esmira Cavadovanın müəllifi olduğu videoda, vətəndaşların uşaq şöbəsində müayinədən keçdiklərinə görə narazılıq etdikləri əks olunur. “Əgər aramızda koronovirusa yoluxan adam peyda olsa, o zaman uşaqlara yoluxa bilər”, - deyə narazılar bildirirlər.

Rəşad Rüstəmov