Deputat: “Müdafiə nazirimiz Rusiya ilə hərbi-siyasi əməkdaşlığımız çərçivəsində mühüm bir işgüzar səfərdədir”
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan təcili olaraq Moskva səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə deputat Andranik Koçaryan deyib.
"Bu gün səhərdən etibarən müdafiə nazirimiz Rusiya ilə hərbi-siyasi əməkdaşlığımız çərçivəsində Moskvada mühüm bir işgüzar səfərdədir", - deyə Koçaryan qeyd edib.