“Artilleriya atəşinin ustaları”

Xəbərlər

22.08.2021 - 17:48

Beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib

 

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq təşkil olunub.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub. Həmçinin ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib

 

Avqustun 25-dən başlayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur. Artilleriyaçılarımızın müsabiqəyə hazırlığı davam edir.

Müəllif: Ayna.az