"Qırmızı Körpü" gömrük postunda pirotexniki vasitələr aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.
Ayna.az
Pin up casino Pin-up casino giriş