Argentina Maduronun qələbəsini tanımadı

Dünya

29.07.2024 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

Argentina Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib

Argentina Prezidenti Xavyer Miley ölkəsinin Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımadığını bildirib. AYNA xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə səhifəsində yazıb.

Siyasətçi qeyd edib ki, səsvermənin nəticələrinə əsasən müxalifət lideri Edmundo Qonzales lider olub: “Argentina növbəti saxtakarlığı tanımır və ümid edir ki, bu dəfə silahlı qüvvələr demokratiya və xalqın iradəsini müdafiə edəcək”.

Bundan əvvəl Maduronun qərargahı onun seçkilərdə qalib gəldiyini elan edib.

Venesuelada prezident seçkiləri bazar günü, iyulun 28-də keçirilib. 2013-cü ildən hakimiyyətdə olan Prezident Nikolas Maduro və müxalifətin əsas namizədi Edmundo Qonzales Urrutia da daxil olmaqla, on namizəd qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş