Argentina İngiltərəni Folklend adalarını qaytarmağa çağırıb

Dünya

04.10.2024 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

“London beynəlxalq hüququ pozaraq sülh dövründə güc aktı törədib”

Argentina Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq İngiltərəni Folklend adalarını (Malvin adalarını) qaytarmağa çağırıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Sənəddə qeyd olunub ki, London beynəlxalq hüququ pozaraq “sülh dövründə güc aktı” törədib və bu hərəkət Argentina hökuməti tərəfindən heç vaxt təsdiqlənməyib.

“Malvin adalarının qeyri-qanuni işğalından 191 il sonra Argentina hökuməti və xalqı Malvin adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və onların ətraf dəniz əraziləri üzərində qanuni və ayrılmaz suverenlik hüquqlarını bir daha təsdiqləyir”, - deyə XİN-in bəyanatında vurğulanıb.

Bundan əvvəl Argentinanın yeni Prezidenti Xavyer Miley Folklend adalarını Argentinanın nəzarətinə qaytarmaq üçün müxtəlif diplomatik yolları araşdırmaq niyyətində olduğunu açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş