Toplantıda maarifləndirici məlumatlar verilib və əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb
Bu gün Naxçıvan Futbol Federasiyası (NFF) l divizionda yarışan “Araz-Naxçıvan” klubunun heyəti ilə ümumi toplantı keçirilib. AYNA xəbər verir ki, toplantıda “danışılmış oyunlar” məsələsi müzakirə olunub.
Qeyd edək ki, keçən həftə AFFA-da "Danışılmış oyunlar"a qarşı məsul şəxslər üçün seminar keçirilib və futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilib.
“Araz-Naxçıvan” klubunun heyəti ilə ümumi toplantıda maarifləndirici məlumatlar verilib və əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb.
Yığıncaqda NFF-nin sədr müavini Sakit Rzayev və “Araz-Naxcıvan” klubunun baş məşqçisi Azər Bağırov iştirak edib.


