İyirmi dörd yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb
2019-2020-ciil mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” Futbol Klubu növbəti transferini reallaşdırıb. AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” bu dəfə ispan futbolçu Fernan Ferreyra Lopeslə anlaşıblar. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Fernan Ferreyra Lopes “Selta” klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edən futbolçu karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”nın da şərəfini qoruyub. oynamış Lopesin son komandası “Barakaldo” olub. 2018/19 illərdə burada oynadığı 22 oyunda 1 qol vurub.