AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər

18.12.2025 - 18:32

Qoşqar Təhməzli vətəndaş qəbulu keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 18-i Saatlıda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Həmin gün vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş