Annalena Berbok Kiyevə gəlib

Dünya

04.11.2024 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Almaniyanın xarici işlər naziri Ukraynaya elan olunmamış səfər edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya elan olunmamış səfər edib. AYNA “Reuters”ə istinadən bildirir ki, Berbok Kiyevdə Ukraynanın qarşıdan gələn qış və Moskva ilə davam edən münaqişə fonunda dəstəyə ehtiyacı olduğunu bəyan edib.

“Biz bu qəddarlığa insanlığımız və dəstəyimizlə qarşıyıq ki, ukraynalılar qışdan sağ çıxa bilsinlər, həm də ölkələri sağ qala bilsinlər. Çünki onlar Avropada bizim hamımızın azadlığını da müdafiə edirlər”, – Berbok vurğulayıb.

Qeyd edək ki, bu, Almaniyanın xarici işlər nazirinin Rusiya ilə münaqişə başlayandan bəri Ukraynaya səkkizinci səfəridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş