Ankaradakı terror aktına görə məsuliyyəti PKK üzərinə götürüb

Dünya

25.10.2024 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Trror aktını PKK-nın hərbi qanadı olan “Ölümsüzlər batalyonu” təşkil edib

PKK terror təşkilatı oktyabrın 23-də Ankarada "Tusaş" aerokosmik şirkətinin ofisində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, terror aktını PKK-nın hərbi qanadı olan “Ölümsüzlər batalyonu” təşkil edib.

Qeyd edilib ki, terror aktı çoxdan planlaşdırılıb və bu, Türkiyədə baş verən daxili siyasi hadisələrlə bağlı deyil.

Xatırladaq ki, oktyabrın 23-də Ankarada “Tusaş”ın baş ofisində terror aktı törədilib. Cinayətkarlar obyektə daxil olmaq istəsələr də, təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşiblər. Bundan sonra onlar atəş açıblar, daha sonra partlayış olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş