"Roma"nın müdafiəçisi Uesli də zədə səbəbindən milli komandadan kənarlaşdırılıb
Braziliya Futbol Konfederasiyası (CBF) rəsmi saytında "Barselona"nın hücumçusu Rafinya və "Roma"nın müdafiəçisi Ueslinin zədə səbəbindən milli komandadan kənarlaşdırıldığını açıqlayıb.
"27 mart tarixində məşqçi Karlo Ançelotti Rafinya və Ueslini heyətdən çıxarıb. Fransa ilə oyun zamanı hər iki oyunçu sağ budun arxasında ağrı hiss edib. Cümə günü idmançılar əzələ zədələrini təsdiqləyən testlərdən keçiblər. Oyunçular müalicələrini davam etdirəcəklər. Onların yerinə başqa heç bir oyunçu milliyə çağırılmayacaq", - deyə CBF-nin açıqlamasında bildirilib.
Qeyd edək ki, Rafinya Fransa ilə yoldaşlıq oyununun (1-2) fasiləsində əvəzlənib.