Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

Mədəniyyət

26.10.2022 - 18:57

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilib

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

AYNA xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.

Müəllif: Ayna.az