Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq
"Aşıq Yediyar" obrazı ilə tanınan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. AYNA.AZ xəbər verir ki, sənətkar bu gecə xəstəxanada dünyasını dəyişib.
Y.Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Y.Muradov ağır xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!