Gənc pianoçu Bakıda konsert verəcək

Mədəniyyət

19.10.2019 - 11:45

Konsertdə iştirak etmək istəyənlər üçün giriş sərbəstdir
 
Oktyabrın 23-ü saat 19:00-da Bakı Musiqi Akademiyasının böyük zalında, bəstəkar-pianoçu Əli Məmmədovun solo konserti baş tutacaq. AYNA xəbər verir ki, konsertdə iştirak etmək istəyənlər üçün giriş sərbəst olacaq.
 
Qeyd edək ki, Məmmədov Əli Zaur oğlu 1998-ci il yanvar ayının 31-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.
 

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fonudunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə, Bəsətkarlar ittifaqının açılış mərasimində, Prezidentə həsr etdiyi “Polonez” əsərini fortepianoda ifa edib.
 
2010-cu ildə Nazim Əliverdibəyov adına “Gənc ifaçıların V ümumşəhər musiqi müsabiqəsi”nin laureatı adına layiq görülüb.
 
2012-ci ildə “ÜNS” yaradıcılıq səhnəsinin mövsüm açılışı ilə, Bülbül adına orta-ixtisas musiqi məktəbinin verdiyi konsert proqramında pianoçu-bəstəkar kimi çıxış edib.

 
2013-cü ildə Ukryanda keçirilən gənc bəstəkarların “Pentaton” beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülüb.
 

Eyni ildə İngiltərənin Nyukasl şəhərində keçirilən “Young pianists of the north” beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülüb.

 
İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli “gənc istedadların xüsusi təaqaüdə layiq görülməsi haqqında” sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və adı gənc istedadların qızıl kitabına daxil olub.
 

2015-ci ildə ABŞ-ın Nyu-York ştatında yerləşən dünyanın ən nüfuzlu ali musiqi məktəblərindən biri olan Manhattan Musiqi Məktəbinin (Manhattan School of Music) bakalavr səviyyəsinə, professor-pianoçu Fillip Kevinin sinfinə daxil olub.

 
Yüksək təhsil nəticələrinə görə Manhattan School of Music-də dekanın xüsusi siyahısına daxil edilib və oxuduğu Manhattan School of Music Harold və Helene Schonberg fondunun təqaüdünə layiq görülüb. 
 

2019-cu ildə bakalavr səviyyəsini bitirərək Manhattan School of Music-də magistratura pilləsinə, professor pianoçu Fillip Kevinin sinfinə daxil olub.

 

Müəllif: Ayna.az