ANAMA-nın Qarabağdakı idarələrinə həkim qəbulu elan edilib

Xəbərlər

15.02.2021 - 15:25

Həkimlər Klinikalar SEO Xidməti

5 vəzifə üzrə qəbul elan edilib

 

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib. AYNA-nın məlumatına görə, nazirliyin açıqlamasında qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar.

 

Vəzifələr aşağıdakılardır:

 

- həkim-terapevt

 

- təcili yardım üzrə həkim

 

- həkim-anestezioloq-reanimatoloq

 

- həkim-travmatoloq-ortoped

 

- həkim-ümumi cərrah

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş