AMİP-in qurultayı keçirilib

Xəbərlər

29.09.2025 - 18:11

Arzuxan Əlizadə yenidən sədr seçilib

Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, qurultayda AMİP-in qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilib, daha sonra müvafiq hesabat çıxışları olub.

Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib.

Səsvermə nəticəsində Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş