Amerikalıların 55 faizi Baydenin fəaliyyətindən narazıdır - SORĞU

Dünya

08.12.2022 - 15:36

Rəyi soruşulan amerikalıların 43 faizi Baydenin ölkə başçısı kimi fəaliyyətindən razıdır 

Amerikalıların 50 faizdən çoxu Co Baydenin ABŞ Prezidenti kimi fəaliyyətindən narazıdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə məlumat "Associated Press" agentliyinin NORC Araşdırma Mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb.

Rəyi soruşulan amerikalıların 43 faizi Baydenin ölkə başçısı kimi fəaliyyətindən razı olduğu halda, 55 faizi onun siyasətini bəyənmir. 

Demokrat Partiyası tərəfdarlarının 77 faizi, Respublikaçılar Partiyasının tərəfdarlarının isə 10 faizi ABŞ Prezidentinin fəaliyyətini müsbət qiymətləndirib.

Qeyd edək ki, dekabrın 1-dən 5-dək keçirilən sorğuda 1124 amerikalı iştirak edib.

Müəllif: Ayna.az