Amerikalı teleaparıcı Fil Donahu vəfat edib

Dünya

20.08.2024 - 10:33

Həkimlər Klinikalar SEO Xidməti

Telejurnalist 88 yaşında dünyasını dəyişib

Məşhur amerikalı televiziya jurnalisti Fil Donahu vəfat edib. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Donahu 88 yaşında dünyasını dəyişib.

Yenidənqurma dövründə o, SSRİ ilə ABŞ arasında ilk telekonfranslar keçirib.

Donahyu 1935-ci ildə Klivlenddə anadan olub. O, televiziyada rejissor köməkçisi və ştatdankənar müxbir kimi işə başlamış, lakin 1967-ci ildə öz verilişini aparmağa başlamışdır. ABŞ-da Donahu televiziya tok-şou janrının qabaqcıllarından biri kimi tanınır. Onun 1967-ci ildən 1996-cı ilə qədər davam edən "Phil Donahue” şousu bir çox gələcək televiziya ulduzlarının yetişməsinə səbəb olub. Proqram dəfələrlə müxtəlif peşəkar mükafatlar, o cümlədən Milli Emmi Mükafatı alıb.

1992-ci ildə Donahu Demokratlar Partiyasından prezidentliyə namizədlər Arkanzas qubernatoru Bill Klinton və Kaliforniyanın keçmiş qubernatoru Cerri Braun arasında teledebatda moderatorluq edib.

1986-cı ildə yenidənqurmanın başlaması ilə Donahu SSRİ-yə gəlib, Moskva, Leninqrad və Kiyevdə olub. Amerika vətəndaşı olan sovet jurnalisti Vladimir Poznerlə birlikdə o, ABŞ və SSRİ arasında telekörpülər trəşkil edib. ABŞ-da Donahu və Poznerin birgə televiziya şousu 1996-cı ilə qədər SNBC kanalında yayımlanırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş