Amerikalı senatordan müharibə proqnozu: “Bu il ABŞ-İran müharibəsi olacaq”

Dünya

01.02.2024 - 15:32

cedabet dərman SEO Xidməti

Lindsey Qrem Co Baydeni İranın neft emalı zavodlarını vurmaq əmri verməyə çağırıb

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan senatoru Lindsey Qrem Prezident Co Baydeni İranın neft emalı zavodlarını vurmaq əmri verməyə çağırıb və ABŞ-ın 2024-cü ildə İranla müharibə edəcəyini proqnozlaşdırıb. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Amerikalı siyasətçi bildirib ki, 2024-cü ildə İranla müharibə olacaq. Senator bunu İranın İsrailə hücum etmək üçün nüvə silahı əldə etməsinə yaxınlaşması ilə izah edib.

“Mən İranı işğal etməyi tələb etmirəm. Ancaq mən Prezident Baydenə demək istəyirəm: problemin mənbəyinə gedin! Əgər siz İranın neft infrastrukturuna hücum etməsəniz, onların pul kisəsini vurmasanız və onlar bizdən qorxmasalar, bizim əsgərlərimizə hücum etməyə davam edəcəklər”, - senator əlavə edib.

Bir müddət əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Yaxın Şərqdə ABŞ ordusuna edilən hücumlardan sonra “uyğun gördükləri” cavab veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş