Amerikalı konqresmenlər Tayvana səfər ediblər

Dünya

24.01.2024 - 13:15

cedabet dərman SEO Xidməti

BŞ Konqresinin nümayəndə heyəti seçkilərdən sonra ilk dəfə Tayvana səfər edib

ABŞ Konqresinin Tayvan üzrə komissiyanın həmsədrlərindən ibarət nümayəndə heyəti seçkilərdən sonra ilk dəfə adaya səfər ediblər. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Səfərin məqsədi uğurlu demokratik seçkilərdən sonra ABŞ-ın Tayvana dəstəyini bir daha təsdiqləmək, onların demokratik dəyərlərə müştərək sadiqliklərində həmrəylik ifadə etməkdir. Həmçinin Birləşmiş Ştatlar ilə Tayvan arasında güclü iqtisadi və müdafiə əlaqələrini daha da gücləndirmək imkanlarını araşdırmaqdır”, - Konqresin açıqlamasında bildirilib.

Səfərdə iştirak edən konqresmenlər arasında ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvləri Ami Bera və Respublikaçılar Partiyasından Mario Diaz-Balart da olub. Onlar konkret şəxsləri qeyd etmədən yüksək vəzifəli məmurlarla və iri sahibkarlarla görüşməyi planlaşdırırlar.

Qeyd edək ki, yanvarın 13-də Tayvanda prezident seçkiləri keçirilib. Qələbəni Tayvan dövlətinin elan edilməsinin və Çin Respublikasının statusundan imtinanın tərəfdarı olan Demokratik Tərəqqi Partiyasından Lai Qinqde qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş