Meral Akşener birliyi tərk edib, vahid namizəd Kılıçdaroğludur
Türkiyənin İYİ Partiyasının başqanı Meral Akşener müxalifətin birliyi olan “Altılı masa”nı tərk etdiyini açıqlayıb.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Akşener Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlunun prezidentliyə vahid namizəd olmasını qəbul etməyib.
“Ötən il ölkənin gələcəyini düşünərək mühüm addım atdıq. Dünənki toplantıda vahid namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya Kılıcdaroğlunun namizədliyini bəyan etdilər”, - deyə Akşener vurğulayıb.
İYİ başqanı bununla razılaşmayıb: “Biz Ərdoğana qarşı ola biləcək iki namizədin adını açıqladıq. Bunar Mansur Yavaş və Ekrem İmamoğludur. Təəssüf ki, bu təklifimiz rədd edildi. “Altılı masa” bu qənaətə gəldi. Təəssüf ki, olmadı”.