Almaniya Ukraynaya edilən yardımın məbləğini açıqlayıb

Dünya

21.02.2025 - 17:07

Həkimlər Klinikalar SEO Xidməti

“Almaniya Ukraynaya yardım üçün 40 milyard avro xərcləyib”

Avropa ölkələrindən Ukraynaya ən çox yardım edən Almaniyanın ümumilikdə 40 milyard avro məbləğində yardım edib. AYNA xəbər verir ki, bu barədə “El Pais” nəşrinə müsahibəsində Almaniyanın xüsusi tapşırıqlar üzrə naziri Volfqanq Şmidt deyib.

“Qaçqın xərcləri də daxil olmaqla, biz 40 milyard avro xərcləmişik. Əgər ABŞ bizim iqtisadiyyatımıza uyğunlaşmaq istəsəydi, bu rəqəmi 4 dəfə artırmalı olardı”, - deyə bildirib.

Şmidtin sözlərinə görə, Ukrayna münaqişəsinin başlanğıcında Almaniyanın Kiyevin ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük müdafiə sənayesi yox idi. O əlavə edib ki, Almaniya kimi “zəngin ölkə üçün belə” belə vəsait toplamaq ciddi problemdir.

Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya dəstək üçün avropalı müttəfiqlərindən xeyli çox vəsait xərcləyib. Amerika lideri vurğulayıb ki, Kiyevə yardımın məbləği bərabərləşdirilməlidir, çünki Avropa təxminən 100 milyard, ABŞ isə 300-dən çox vəsait xərcləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət