Almaniya Ukraynaya 9 milyon avroya səhra xəstəxanası verəcək

Dünya

25.10.2022 - 23:07

Ukrayna Silahlı Qüvvələri müasir tipli sahə xəstəxanası ilə təmin ediləcək

Almaniya hökuməti “Zeppelin Mobile Systeme GmbH” şirkəti tərəfindən Ukrayna ərazisində təşkil ediləcək səhra xəstəxanasının tikintisinə dəstək verəcək.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu xəstəxananı payızın əvvəlində sifariş edib. Onun dəyəri 9 milyon avro civarında qiymətləndirilir.

“Almaniya hökumətinin dəstəyi ilə şirkət Ukrayna Silahlı Qüvvələrini müasir tipli sahə xəstəxanası ilə təmin edəcək”, - məlumatda deyilir.

Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş