Almaniya tankları martın sonunadək Kiyevə təhvil verəcək

Dünya

26.01.2023 - 17:54

Nazir: “Hərbi texnikalar Kiyevə vaxtında tədarük olunacaq”

Almaniyanın Ukraynaya vəd etdiyi “Leopard 2” tankları martın sonuna qədər Kiyevə təhvil veriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Nazirin sözlərinə görə, hərbi texnikalar Kiyevə vaxtında tədarük olunacaq.

Qeyd edək ki, Almaniya hökuməti yanvarın 25-də Bundesverin ehtiyatlarından 14 ədəd “Leopard 2” tankının Ukraynaya göndəriləcəyini elan edib və digər ölkələrə də belə bir icazə verib.

Müəllif: Ayna.az