Bir neçə aydır hazırlanan yeni saziş Özbəkistan vətəndaşlarının Almaniyaya qanuni miqrasiyasını sadələşdirəcək
Almaniya kansleri Olaf Şolts və daxili işlər naziri Nensi Feser sentyabrın 15-də Səmərqənd şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə miqrasiya sazişi imzalayıblar. AYNA xəbər verir ki, bu barədə AFP agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadən yazıb.
Gözlənilir ki, bir neçə aydır hazırlanan yeni saziş Özbəkistan vətəndaşlarının Almaniyaya qanuni miqrasiyasını sadələşdirəcək. Eyni zamanda, Daşkənd Almaniyada qanuni əsas olmadan olanları qəbul etməli olacaq.
“Biz ölkəyə sənaye, ixtisaslı peşələr, səhiyyə və bir çox başqa sahələrdə təcili ehtiyac duyduğumuz ixtisaslı işçi qüvvəsini və ixtisaslı işçiləri gətiririk", dedi Feser “Rheinische Post” qəzetinə deyib.
Eyni zamanda, nazir qeyd edib ki, “Almaniyada qalmaq perspektivi və hüququ olmayanlar ölkəmizi tez tərk etməlidirlər”.
İyun ayında “Der Spiegel” yazıb ki, Almaniya hökuməti Talibanla birbaşa razılaşma olmadan qaçqın statusu ala bilməyən əfqanları geri qaytara bilmək üçün Özbəkistanla gizli danışıqlar aparır.
Nəşrin məlumatına görə, mayın sonunda Almaniyanın daxili işlər naziri Feserin adından nümayəndə heyəti Daşkəndə səfər edib və orada Özbəkistan hökuməti ilə müvafiq planı müzakirə ediblər.
"Almanlar Özbəkistan hökumətinə konkret plan təklif ediblər. Buna uyğun olaraq, Almaniya əfqan namizədlərini deportasiya üçün çarter reysləri ilə Daşkəndə çatdıra bilər. Oradan Əfqanıstan vətəndaşları “KamAir” özəl aviaşirkəti ilə Kabilə aparılacaqlar. Bu marşrut Berlinin birbaşa Taliban hökuməti ilə danışıqlara getməməsini təmin etmək məqsədi daşıyır, lakin eyni zamanda, qovulmalı əfqanların deportasiyasını həyata keçirə bilər”, - nəşr yazıb..
Jurnalistlər qeyd ediblər ki, Almaniya Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Daşkənddən qayıdarkən danışıqların “konstruktiv” olduğunu bildirib və Özbəkistan hökuməti Berlin və Daşkənd arasında girişi tənzimləyən rəsmi miqrasiya sazişi imzalanacağı təqdirdə yardım edəcəyinə söz verib.