Almaniya iqtisadiyyatı “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşır

Dünya

16.12.2024 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

Yüksək enerji qiymətləri və azalan ixrac alman ailələrini ildə 2500 avro yoxsullaşdırıb

Son beş ildə Almaniyada iqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə azalaraq “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşır. AYNA xəbər verir ki, Almaniyanın iqtisadi inkişafının bu cür qiymətləndirilməsini “Bloomberg” agentliyi verib.

“Almaniya iqtisadiyyatı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır. Biznes liderləri bunu bilir, ölkədəki insanlar bunu hiss edirlər, lakin siyasətçilər cavab tapa bilməyiblər”, - nəşrin məlumatında qeyd olunub.

Agentliyin hesablamalarına görə, 2024-cü ildə beş illik durğunluqdan sonra Almaniya iqtisadiyyatıda artım tendensiyası davam etsə də, bu, əvvəlkindən 5 faiz kiçik olacaq.

Hesabatda həmçinin qeyd olunur ki, ucuz Rusiya enerjisinin itirilməsi, “Volkswagen AG”la “Mercedes-Benz Group AG” və Çin avtomobil istehsalçıları arasında rəqabət kimi "struktur şoklar" səbəbindən iqtisadi yavaşlamanın böyük hissəsini həll etmək çətin olacaq.

“Bloomberg” yazır ki, yüksək enerji qiymətləri və azalan ixrac alman ailələrini ildə 2500 avro yoxsullaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş