Nazir: “Bu, Almaniyanın ehtiyac duyduğu ümumi sistemlərin dörddə birini təşkil edir”
Almaniya öz ehtiyacları üçün çatdırılma tarixləri 2026-cı ildən başlayaraq dörd əlavə “Patriot” sistemi sifariş edib və daha çox sifariş etməyi planlaşdırır. AYNA-nın məlumatına görə, “Tagesspiegel” qəzeti xəbər verir ki, bunu Almaniyanın şimal-şərqindəki təlim poliqonuna baş çəkərkən müdafiə naziri Boris Pistorius bildirib.
Nazir xatırladıb ki, Almaniya artıq iki belə sistemi Ukraynaya verib, üçüncüsü isə yoldadır.
Onun sözlərinə görə, bu, Almaniyanın ehtiyac duyduğu “ümumi sistemlərin dörddə birini” təşkil edir.
Nazir qeyd edib ki, ilk partiya mart ayında sifariş edilib: “Daha dörd “Patriot”un alınması üzərində iş gedir”.
NDR teleradio şirkəti aydınlaşdırır ki, sifariş edilən partiyalardan birincisi 2026-cı ilə, ikincisi 2027-ci ilə qədər çatdırılacaq.