Amira Məhəmməd Əli: “ABŞ-ın Almaniyada raket yerləşdirməsi müharibəyə səbəb ola bilər”
“ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Avropada müharibə və hətta nüvə silahından istifadə təhlükəsi yarada bilər”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağıl və Ədalət Birliyinin həmsədri, Bundestaqın deputatı Amira Məhəmməd Əli deyib.
“Biz Birlik bu layihənin təhlükələrini vurğulamaq üçün səsimizdən istifadə edirik və bu yerləşdirmənin baş verməməsinə çağırırıq. Çünki bu, Almaniya üçün müharibə, hətta nüvə hücumu riskini artırır”, - deyə siyasətçi bildirib.
Əli həmçinin xatırladıb ki, bu ilin sentyabrında Almaniyada Saksoniya, Türingiya və Brandenburq kimi ştatlar da daxil olmaqla bir sıra regional parlamentlərə seçkilər keçiriləcək. Onun sözlərinə görə, təmsil olunduğu təşkilat raketlərin yerləşdirilməsi üçün bu tədbiri dəstəkləyəcək heç bir tərəflə koalisiyaya girməyəcək.
Daha əvvəl Ağıl və Ədalət Birliyinin rəhbəri Sara Vaqenknext bildirib ki, ABŞ raketləri müdafiə sahəsindəki boşluğu aradan qaldırmayacaq, ancaq ölkəni Rusiya üçün əsas hədəfə çevirəcək. O, həmçinin digər Avropa ölkələrinin Amerika silahlarını “ağıllı səbəblərə görə” yerləşdirməkdən imtina etməsinə də diqqət çəkib.