Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayıb

Xəbərlər

28.08.2024 - 12:53

cedabet dərman SEO Xidməti

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq

Bu gün 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş