Ermənistanın paytaxtında vəziyyət gərgin olaraq qalır
İrəvanda “Respublika” meydanında vəziyyət gərgin olaraq qalmaqda davam edir. AYNA bu barədə erməni mediasına istinadən bildirir.
“Hraparak” qəzetinin yazdığına görə, hökumət binası qarşısına yeni polis qüvvələri, o cümlədən “Alfa” xüsusi təyinatlı dəstəsi yerləşdirilib.
Xatırladaq ki, dünən axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiyalara başlanılıb. Etirazçılar Paşinyan hökumətini istefaya çağırırlar.