"Nəhayət, bu mövzuda qərara gəldik"
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırki Prezident Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Millət İttifaqının namizədi kimi irəli sürüb.
AYNA xəbər verir ki, bu barədə AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayından sonra bildirib.
"Nəhayət, bu mövzuda qərara gəldik", - deyə AKP rəsmisi qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Millət İttifaqına AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.