Bu qeyri-qanuni miqrasiyanın qarşısını alacaq
Avropa İttifaqına (Aİ) üzv 15 ölkə 40 min əfqan qəbul edəcək.
AYNA xəbər verir ki, bunu Aİ Komissiyasının daxili işlərdən məsul üzvü Ylva Yohansson bildirib.
“Bu, həm də qeyri-qanuni miqrasiyanın qarşısının alınması və Aİ-yə qanuni girişə sərmayə qoyuluşu istiqamətində bir addımdır”, - Yohansson deyib.
O, 15 üzv ölkədən hansının ümumilikdə 40 min əfqanı qəbul edəcəyini dəqiqləşdirmədiyini qeyd edib.